Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri istefa verib

Yuri Vitrenko

© APA | Yuri Vitrenko

# 01 noyabr 2022 19:28 (UTC +04:00)

Ukrayna hökuməti "Naftoqaz" enerji şirkətinin icraçı direktoru Yuri Vitrenkonun istefasını qəbul edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şirkətin "Telegram" hesabında məlumat verilib.

“Ukrayna Nazirlər Kabineti 1 noyabr 2022-ci il tarixli qərarı ilə Ukraynanın “Naftoqaz” şirkətinin idarə heyətinin sədri Yuri Vitrenkonun istefasını təsdiqləyib. Yuriy Vitrenko səlahiyyətini noyabrın 3-dək davam etdirəcək”, - deyə məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR