Ukraynanın NATO-ya üzvlük müraciətini 11 ölkə dəstəkləyib

Ukraynanın NATO-ya üzvlük müraciətini 11 ölkə dəstəkləyib
# 05 oktyabr 2022 13:50 (UTC +04:00)

Ukraynanın NATO alyansına üzvlük üçün müraciətini 11 ölkə artıq dəstəkləyib.

APA xəbər verir ki, bunu Ukrayna Prezidentinin ofis rəhbəri Andrey Yermak öz Telegram kanalında bildirib.

O əlavə edib ki, Ukrayna NATO-ya üzvlük prosesini başlayıb və bunu sona çatdıracaq.

Andrey Yermak Ukraynanın rəsmi üzvlük müraciətini artıq NATO-nun Brüsseldəki baş qərargahında olduğunu və bunu Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Çernoqoriya, Şimali Makedoniya daxil olmaqla, 11 ölkənin dəstəklədiyini deyib.

Ukraynanın NATO-ya üzv olması üçün alyansa daxil olan 30 ölkənin hamısının razılığı olmalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 30 sentyabrda NATO-ya qısa zamanda üzv olmaq üçün müraciət olunduğunu bəyan etmişdi, lakin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı işlərin həyata keçirilməsi üçün uyğun zaman deyil.

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitriy Medvedev isə rəsmi Kiyevin NATO-ya qısa zamanda üzv olmaq barədə müraciətini Üçüncü Dünya Müharibəsinin başlanmasının tezləşdirilməsinə xahiş kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR