Ukraynanın sabiq prezidentləri "Azovstal"la bağlı çağırış edib

Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko

© APA | Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko

# 13 may 2022 14:37 (UTC +04:00)

Ukraynanın sabiq prezidentləri - Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko "Azovstal"la bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

APA xəbər verir ki, bu barədə Viktor Yuşşenko "Facebook"da bildirib.

Leonid Kuçma, Viktor Yuşşenko və Petro Poroşenko dünya liderlərinə, Avropa İttifaqına üzv dövlətlərə, ABŞ-a, Kanadaya, Çinə, Türkiyəyə və başqalarına, habelə Birləşmiş Millətlər Təşkilatına müraciət ünvanlayıblar.

Onlar bütün mövcud diplomatik resurslardan xahiş ediblər ki, "Azovstal" zavodunun ərazisində mülki və hərbi ukraynalıların həyatını xilas etmək üçün Ukrayna hakimiyyətinə kömək etsinlər.

"Mariupol şəhəri indi öz cinayətlərinin izini gizlətməyə çalışan rus ordusu tərəfindən demək olar tamamilə dağıdılıb.

Biz sizi qəhrəman ukraynalıların həyatını xilas etməyə qoşulmağa çağırırıq.

On milyonlarla ukraynalı sizə ümidlə baxır və sivil dünyanın bütün xalqları uğurlu vasitəçiliyinizi minnətdarlıqla alqışlayacaqlar”, - sabiq prezidentlərin müraciətində deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR