Ukraynanın Vinnitsa regionunda bir neçə partlayış baş verib

Ukraynanın Vinnitsa regionunda bir neçə partlayış baş verib
# 25 aprel 2022 11:52 (UTC +04:00)

Bu gün səhər saatlarında Ukraynanın Vinnitsa regionu ərazisində bir neçə partlayış baş verib.

APA-nın “ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə Vinnitsa regional hərbi administrasiyasının məlumatında qeyd olunub.

Məlumatda sakinlərdən təlaşa qapılmamaları və hadisə yerindən görüntülər paylaşmamaları xahiş edilib.

“Vinnitsa regionunda bir neçə partlayış səsi eşidilib. Təlaşa qapılmayın və hava hücumu sirenaları dayanana qədər sığınacaqları tərk etməyin. Biz həmçinin düşmənin xeyrinə işləyəcək fotolar, videolar və məlumatlar paylaşmamağınızı xahiş edirik”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR