Ukraynanın yeni Baş prokuroru seçilib - YENİLƏNİB

Andrey Kostin

© APA | Andrey Kostin

# 27 iyul 2022 15:02 (UTC +04:00)

Ukraynanın yeni Baş prokuroru təsdiqlənib.

APA "Ukrinform"a istinadən xəbər verir ki, bu gün namizədliyi Prezident Vladimir Zelenski tərəfindən irəli sürülən Andrey Kostinin posta təyin olunması ilə bağlı səsvermə keçirilib.

299 millət vəkilinin dəstəyi ilə Andrey Kostin Ukrayna Baş prokuroru postuna seçilib.

O, bu postda İrina Venediktovanı əvəz edəcək.

***

11:37

Ukrayna Prezidenti Vladimir Zelenski Baş prokuror postuna namizəd irəli sürüb.

APA xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib.

Bildirilib ki, Prezident Zelenski Andrey Kostinin Baş prokuror vəzifəsinə təyin edilməsinə Ali Radanın razılığının verilməsi haqqında qərar layihəsini parlamentə təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR