Ukraynaya dəstəklə bağlı Təmas Qrupunun iclası keçiriləcək

Ukraynaya dəstəklə bağlı Təmas Qrupunun iclası keçiriləcək
# 19 iyul 2022 17:41 (UTC +04:00)

Ukraynaya dəstəklə bağlı Təmas Qrupunun iclası keçiriləcək.

APA xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anusauskas "Twitter"də bildirib.

Onun sözlərinə görə, iyulun 20-də ABŞ-ın rəhbərlik etdiyi Ukraynaya dəstəklə bağlı Təmas Qrupunun (Ramstein 4) virtual iclası keçiriləcək.

İclas zamanı Ukraynaya hərbi dəstək müzakirə olunacaq və yardım əlaqələndiriləcək.

“Litvanın da təklif edəcəyi bir şey olacaq”, - müdafiə naziri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR