Ulf Kristersson: Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib

İsveç Baş naziri Ulf Kristersson

© APA | İsveç Baş naziri Ulf Kristersson

# 14 mart 2023 13:26 (UTC +04:00)

Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib.

APA xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Finlandiya və İsveçin müxtəlif mərhələlərdə NATO-ya daxil olması istisna deyil. Bunun müxtəlif templərlə baş verməsi ehtimalı artıb. Biz bunun baş verməsinə hazırıq", - Kritersson deyib.

Ulf Kristersson bildirib ki, Finlandiya İsveçdən əvvəl NATO-ya üzv olarsa, bu İsveçin təhlükəsizliyi üçün də yaxşıdır. NATO-ya üzvlük prosesində İsveçin baş müzakirəçisi olan Oskar Stenström brifinqdə deyib ki, ratifikasiya milli bir qərardır və hələ də İsveçin müəyyən addımlar atmalı olduğunu düşünən Türkiyədir. Ulf Kristersson İsveçin NATO-ya üzv qəbul olunmağa necə hazır olduğu barədə suala isə belə cavab verib: “Biz o mənada hazırıq ki, Türkiyə və Finlandiya ilə əldə etdiyimiz razılaşmaları yerinə yetiririk. İkincisi isə, İsveçin NATO-ya üzv olmasını istəməyən ölkələr var və biz bu ölkələrin İsveçə qeyri-qanuni təsir göstərmək cəhdinə qarşı çox, çox diqqətli olacağıq", - cavab verib.

Baş nazir İsveçin NATO üzvü kimi nə vaxt təsdiqlənəcəyi ilə bağlı dəqiq vaxt deməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR