Ursula fon der Lyayen NATO-nun növbəti baş katibi ola bilər

Ursula fon der Lyayen NATO-nun növbəti baş katibi ola bilər
# 01 aprel 2023 06:04 (UTC +04:00)

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen sentyabrda Yens Stoltenberqin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar NATO-nun yeni baş katibi postu uğrunda mübarizədə iştirak edəcək.

APA-nın xəbərinə görə, bu barədə mənbələrə istinadən “The Sun” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bəzi NATO-ya üzv dövlətlər fon der Lyayeni oktyabrda alyansa rəhbərlik etməyə çağırıb. Eyni zamanda, onun Avropa Komissiyasının sədri kimi səlahiyyətləri yalnız gələn il başa çatır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR