NATO və G7-yə üzv olan ölkələr Rusiyanın Ukrayna şəhərlərinə və infrastruktur obyektlərinə barbar hücumlarını pisləyir.
APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen rəsmi “Twitter” səhifəsində bildirib.
Həmçinin qeyd edib ki, Polşa ilə sərhəddə baş vermiş raket partlayışı məsələsində Polşanın yanındadırlar: “Biz gələcək addımlarımızı müəyyənləşdirmək üçün araşdırma başlayandan etibarən tərəfdaşlarımızla sıx əlaqədəyik. Biz birlikdəyik”.