Ursula von der Leyen Roma Papası ilə görüşüb

Ursula von der Leyen, Roma Papası Fransisk

© APA | Ursula von der Leyen, Roma Papası Fransisk

# 10 iyun 2022 14:27 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Roma Papası Fransisklə görüşüb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti "Twüitter"də bildirib.

"Bu gün Roma Papası ilə yenidən görüşməyə çox şadam. Biz Ukraynadakı dağıntılardan əziyyət çəkənlərin yanındayıq. Bu müharibə başa çatmalı, Avropaya sülh qayıtmalıdır", - o vurğulayıb.

Qeyd edək ki, görüş Romada baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR