Ursula von der Leyen: “Ukrayna qalib gəlməlidir”

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 24 may 2022 14:24 (UTC +04:00)

“Ukrayna bu müharibədə qalib gəlməlidir və Prezident Putinin işğalçılıq qərarı strateji uğursuzluq olmalıdır”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Davosda Dünya İqtisadi Forumunda deyib.

O bildirib ki, Moskva bütöv bir xalqın istəklərini tanklarla tapdalamağa çalışır.

Avropa Komissiyasının prezidenti Ukraynanın Avropa ailəsinin bir parçası olduğunu vurğulayıb. Ursula von der Leyen Avropa liderlərinə Avropa yolunu davam etdirmək üçün Ukraynaya güclü dəstək verməyə çağırış edib.

“Ukrayna Avropa ailəsinə aiddir. Ukraynalılar amansız zorakılıq qarşısında ayağa qalxdılar. Onlar öz azadlıqlarını müdafiə etməklə yanaşı, bizim dəyərlərimizi və bəşəriyyəti müdafiə edirlər. Biz onların yanındayıq və düşünürəm ki, bu, bütün dünyada demokratiyalar üçün həlledici məqamdır”, - Ursula von der Leyen vurğualyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR