Ursula von der Leyen və Borrell Kiyevə gedib - YENİLƏNİB

Ursula von der Leyen və Borrell Kiyevə gedib - YENİLƏNİB
# 02 fevral 2023 11:56 (UTC +04:00)

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevə gedib.

APA xəbər verir ki Aİ rəsmisi bu barədə "Twitter"də bildirib.

"Rusiyanın işğalından bəri 4-cü dəfə Kiyevə gəlməyim xoşdur. Bu dəfə komissarlarımla birlikdə Kiyevdəyəm. Biz Aİ-nin həmişə olduğu kimi, Ukraynanın yanında olduğunu göstərmək, dəstəyimizi və əməkdaşlığımızı daha da dərinləşdirmək üçün burdayıq", - Avropa Komissiyasının Prezidenti qeyd edib.

***

11:06

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Komissarlar Kollecinin 15 digər üzvü ilə birlikdə bu gün Ukrayna hökuməti ilə görüş üçün Kiyevə gedir: “Heyətin səfəri Rusiyanın əsassız təcavüzü qarşısında Avropa Komissiyasının Ukraynaya dəstəyinin güclü simvoludur. Komissiya ilə Ukrayna hökuməti arasında keçiriləcək görüş Aİ və Ukrayna arasında əməkdaşlığın bir çox sahələri arasında əməkdaşlığın genişlənməsi, qarşıdan gələn yenidənqurma, eləcə də ölkənin Avropa yolunu müzakirə etmək imkanı yaradacaq. Bu, gələcək əməkdaşlığı dərinləşdirmək üçün bir fürsətdir”.

Avropa Komissiyasının məlumatında qeyd olunub ki, Ursula von der Leyenin rəhbərlik etdiyi heyətə Aİ-nin Ali Nümayəndəsi, genişlənmə və qonşuluq siyasəti üzrə Aİ komissarı, iş və sosial hüquqlar üzrə Aİ komissarı, iqtisadi məsələlər üzrə Aİ komissarı, ədliyyə məsələləri üzrə Aİ komissarı, kənd təsərrüfatı üzrə Aİ komissarı, böhranın idarə olunması üzrə Aİ komissarı və digərləri daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR