Ursula von der Leyenin Ukraynanın itkiləri ilə bağlı ifadəsinə aydınlıq gətirilib

Ursula von der Leyenin Ukraynanın itkiləri ilə bağlı ifadəsinə aydınlıq gətirilib
# 30 noyabr 2022 17:05 (UTC +04:00)

Avropa Komissiyasının rəsmi nümayəndəsi qurumun Prezidenti Ursula von der Leyenin Ukraynanın müharibədə 100 mindən çox hərbçisini itirməsi sözlərinə aydınlıq gətirib.

APA xəbər verir ki, Avropa Komissiyasının rəsmi nümayəndəsi Dana Spitant "Twitter" hesabında Leyenin videomüraciətində Ukraynada ölən və yaralanan hərbçilərin ümumi sayını nəzərdə tutduğunu bildirib.

“Xarici mənbələrdən əldə edilən həmin rəqəm ümumi itkilərə, yəni həm ölənlərin, həm də yaralananların sayını göstərməli və Rusiyanın amansızlığını nümayiş etdirməli idi”, o vurğulayıb.

Xatırladaq ki, Ursula von der Leyen bu gün yayımlanan videomüraciətində Ukraynanın Rusiya ilə müharibədə 100 mindən çox hərbçisini itirdiyini bəyan edib. Lakin daha sonar Avropa Komissiyası Ursula von der Leyenin videomüraciətindən Ukraynanın müharibə nəticəsində 100 mindən çox hərbçi itirməsi ilə bağlı hissəni silib.

Ukrayna Baş Qərargahı təkziblə çıxış edərək rəqəmin doğru olmadığını açıqlamışdı.

Ukrayna tərəfi sonuncu dəfə avqust ayında öz itkiləri barədə açıqlama vermişdi və o zaman 9 mindən çox hərbçisinin ölümünü təsdiqləmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR