ÜST: Avropa meymunçiçəyinin ocağına çevrilir

ÜST: Avropa meymunçiçəyinin ocağına çevrilir
# 16 iyun 2022 08:37 (UTC +04:00)

Avropa tədricən meymunçiçəyinin ocağına çevrilir.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa bürosunun direktoru Hans Kluqe deyib.

Kluqe bildirib ki, qitədə xəstəliyin geniş yayılma riski mövcuddur: “Artıq 25 Avropa ölkəsində 1500-dən çox xəstə aşkar edilib. Bu da dünyadakı ümumi sayın 85%-dir”.

Kluqe əlavə edib ki, başlıca prioritet xəstəliyin arealının genişlənməsinin qarşısını almaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR