ÜST Çindən koroanvirus pandemiyası ilə bağlı dəqiq məlumat tələb edib

ÜST Çindən koroanvirus pandemiyası ilə bağlı dəqiq məlumat tələb edib
# 15 yanvar 2023 03:04 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Pekindən koronavirus pandemiyası ilə mübarizə haqqında ətraflı məlumat verməyə davam etməyi xahiş edib.

APA-nın məlumatına görə, bu barədə ÜST-ün Cenevrədəki baş qərargahı məlumat yayıb.

Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyasının rəhbəri Ma Xiaoveylə koronavirusla bağlı vəziyyəti müzakirə edib.

"Çin rəsmiləri ÜST-ə və mətbuat konfransında bir neçə mövzuda, o cümlədən ambulator klinikaların təfərrüatları, xəstəxanaya yerləşdirmələr, təcili müalicə tələb edən xəstələr və COVID-19 infeksiyası ilə əlaqədar xəstəxana ölümləri haqqında məlumat verdilər" - deyə Qebreyesus bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR