ÜST: İnsanlar arasında “Meymun çiçəyi”nə yoluxma hallarının sayı 92-yə çatıb - VİDEO

ÜST: İnsanlar arasında “Meymun çiçəyi”nə yoluxma hallarının sayı 92-yə çatıb - VİDEO
# 22 may 2022 11:24 (UTC +04:00)

İnsanlar arasında “Meymun çiçəyi” infeksiyasına yoluxma halları 92-yə yüksəlib, ölüm yoxdur.

APA bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST bildirib ki, mayın 21-nə qədər təşkilat 12 ölkədən 92 laboratoriya tərəfindən təsdiqlənmiş “Meymun çiçəyi” hadisəsi haqqında məlumat alıb. ÜST əlavə edib ki, daha 28 hadisə araşdırılır.

"Bu günə qədər bu xəstəliklə bağlı ölüm faktı qeydə alınmayıb", - təşkilatın açıqlamasında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR