ÜST Omicronun digər ştamlardan daha sürətlə yayıldığını təsdiqləyib

ÜST Omicronun digər ştamlardan daha sürətlə yayıldığını təsdiqləyib
# 20 dekabr 2021 21:28 (UTC +04:00)

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omicron ştamının digər variantlardan daha sürətlə yayıldığını təsdiq edir”.

APA-nın məlumatına görə, bunu təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən bugünki brifinqdə deyib.

"Artıq Omicronun Deltadan daha sürətli yayıldığına dair güclü sübutlar var və peyvənd edilmiş və ya xəstələnmiş insanların yenidən yoluxma ehtimalı daha yüksəkdir”, deyə ÜST rəhbəri bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR