ÜST rəhbəri əhalini maskadan istifadəyə çağırıb

Tedros Adhanom Qebreyesus

© APA | Tedros Adhanom Qebreyesus

# 13 iyul 2022 22:32 (UTC +04:00)

Koronavirusun yeni ştamlarının yayılmasının qarşısını almaq üçün dünya sınanmış metodlara qayıtmalıdır.

APA-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus "Sky News" televiziyasına müsahibəsində deyib.

Qebreyesus əhalini maskadan istifadə etməyə, hökumətləri isə kütləvi testlər aparmağa səsləyib.

ÜST rəhbəri bildirib ki, son həftələrdə yoluxma və ölüm sayının artması narahatlıq doğurur. Pandemiya isə hələ sona yaxınlaşmır. Xəstə sayının artması isə səhiyyə sisteminin yükünü artırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR