ÜST: Ukraynanın səhiyyə müəssisələrinə 200 hücum olub

Tedros Adhanom Qebreyesus

© APA | Tedros Adhanom Qebreyesus

# 10 may 2022 13:24 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müharibə başlayandan Ukraynanın səhiyyə müəssisələrinə 200 hücumu təsdiqləyib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus Ukraynaya iki günlük səfərindən sonra Kiyevdə deyib.

O, tibb müəssisələrinə hücumların dayandırılmasına çağırıb: “Bir dərman var ki, Ukraynaya bu hər şeydən çox lazımdır, lakin ÜST bunu təmin edə bilmir. Ona görə də biz Rusiya Federasiyasını bu müharibəni dayandırmağa çağırırıq”.

Baş katib ÜST-nin Ukraynanın səhiyyə sisteminə dəstəyini davam etdirəcəyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR