Vatikan arxivinin bir qismi ictimailəşdirilib

Vatikan arxivinin bir qismi ictimailəşdirilib
# 24 iyun 2022 04:21 (UTC +04:00)

Vatikan rəhbərliyinin qərarı ilə Papa XII Piy (1939-1958) dövrünə aid minlərlə sənəd elektron formatda yayılıb.

APA “Figaro”ya istinadla xəbər verir ki, ictimaiyyətə açıqlanan sənədlərin əksər hissəsini yəhuidilərin Papaya İkinci Dünya müharibəsi yazdığı məktublar təşkil edir.

Ümumilikdə Müqəddəs Taxt-Tacın rəsmi saytına ötən gün 170 fonddan götürülmüş 40 000 sənəd yüklənib. Vatikan sözügedən fondları hələ mart ayında tarixçilər üçün açmışdı.

Avropanın müxtəlif ölkələrindən yazılan məktubların mövzusu müxtəlifdir: insanlar Papadan əsasən sığınacaq, viza və ya pasport üçün kömək istəyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR