Vəkili Saakaşvilinin COVID-19-a yoluxduğunu açıqlayıb

Vəkili Saakaşvilinin COVID-19-a yoluxduğunu açıqlayıb
# 24 yanvar 2023 18:29 (UTC +04:00)

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvili yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun vəkili Şalva Xaçapuridze bildirib.

Onun sözlərinə görə, Saakaşviliyə artıq xəstəliyə yoluxması ilə bağlı diaqnoz qoyulub.

Qeyd edək ki, bu gün Mixeil Saakaşvilinin anası Giuli Alasania jurnalistlərə açıqlamasında onun səhhətinin yaxşı olmadığını, iştahasız olduğunu və ayağa qalxa bilmədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR