Vladimir Zelenski və Olaf Şolts telefonla danışıb

Olaf Şolts / Vladimir Zelenski

© APA | Olaf Şolts / Vladimir Zelenski

# 29 noyabr 2022 19:08 (UTC +04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski və Almaniya kansleri Olaf Şolts telefonla danışıb.

APA xəbər verir ki, bu barədə Vladimir Zelenski “Twitter”də yazıb.

O, Ukrayna taxılının daşınması təşəbbüsünün dəstəklənməsinə görə təşəkkür edib:

“Ukrayna taxılının daşınması üçün irəli sürülən təşəbbüsü dəstəklədiyi üçün Olaf Şoltsa minnətdarlığımı bildirirəm. Biz sülhə nail olmaq üçün Ukrayna formulunun gerçəkləşdirilməsini və Rusiyanın raket terrorundan ölkəmizin qorunması üçün birgə əməkdaşlığımızı müzakirə etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR