Volodin Türkiyəyə səfər edəcək

Volodin Türkiyəyə səfər edəcək
# 30 noyabr 2022 19:39 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxovu qəbul edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Şentop bu barədə “Twitter” hesabında məlumat paylaşıb.

O qeyd edib ki, görüşdə Türkiyə ilə Rusiya arasındakı münasibətlər müzakirə olunub.

Bundan əlavə, görüş əsnasında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Türkiyəyə səfər edəcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR