Von der Leyen: Aİ-nin iqtisadi rifahı və təhlükəsizliyi Çinlə münasibətlərdən asılı olacaq

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 30 mart 2023 15:00 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) iqtisadi rifahı və təhlükəsizliyi Çinlə münasibətlərin xarakterindən asılı olacaq.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen bu gün Çin araşdırmaları üzrə Merkator İnstitutunda çıxışı zamanı deyib.

"Çin ilə münasibətlərimizi necə idarə edəcəyimiz iqtisadi rifahımız və milli təhlükəsizliyimiz üçün həlledici amil olacaq", - o qeyd edib.

Von der Leyen həmçinin bildirib ki, Çinin Ukraynadakı münaqişə ilə bağlı mövqeyi Aİ-Çin münasibətlərini müəyyən edən amil olacaq.

“Aİ Çinlə əlaqələri zəiflətməkdə deyil, yenidən balanslaşdırmaqda maraqlıdır. İxracımızın 9 faizi, idxalın 20 faizi isə bu ölkənin payına düşür”, - Ursula von der Leyen vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR