Von der Leyen: Enerji üzrə sanksiyalarımıza görə Rusiya hər gün 160 mln. avro itirir

Ursula von der Leyen

© APA | Ursula von der Leyen

# 02 fevral 2023 16:38 (UTC +04:00)

"Biz başlatdığı bu dəhşətli müharibənin bədəlini Rusiyaya ödədirik".

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.

Ursula von der Leyen bildirib ki, Aİ-nin və tərəfdaşlarının Rusiyaya tətbiq etdiyi güclü sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Onun sözlərinə görə, enerji sahəsindəki məhdudiyyətlər Rusiyaya gündəlik 160 milyon avroya başa gəlir.

"Bizim bu təzyiqimiz yeni tədbirlərlə daha da artacaq", - o qeyd edib.

Avropa Komissiyasının Prezidenti əlavə edib ki, Aİ və G7 ölkələri Rusiyanın neft və neft məhsullarının qiyməti ilə bağlı yeni hədd müəyyənləşdirməyi planlaşdırır. Prezident Ursula von der Leyen qeyd edib ki, Rusiya bu müharibəyə başlamazdan əvvəl Aİ Rusiyanın bədəl ödəməyə məcbur olacağı barədə çox aydın danışıb və öz xəbərdarlığını edib.

"Bu genişmiqyaslı işğalın başlanmasının ildönümündə bizim onuncu sanksiyalar paketi də hazır olacaq", - Ursula von der Leyen əlavə edib.

O vurğulayıb ki, Rusiya Ukraynada törətdiyi dağıntıların əvəzini ödəmək məcburiyyətində qalacaq və Ukraynanın yenidən qurulması üçün vəsait ayırmalı olacaq.

“Yəni, Rusiyanın vəsaitləri Ukraynanın xeyrinə istifadə olunacaq. Bunu necə edəcəyimizə biz qərar verəcəyik", - Avropa Komissiyasının Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR