Kosovo polisi üç serbi öldürüb.
APA xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuat konfransında bildirib.
Onun sözlərinə görə ik nəfər isə ağır yaralanıb.
"Bizdə olan məlumata görə, Kosovo və Metoxiyadan olan 3 serb öldürülüb. Onlardan ikisi snayper tüfəngindən istifadə edilərək öldürülüb. Onların qətlə yetirilməsi üçün heç bir səbəb olmayıb”, - Vuçiç bildirib.
Kosovo polisi daha əvvəl bildirmişdi ki, bölgənin şimalında keçirilən əməliyyat zamanı 3 hücumçu öldürülüb, 5 nəfər saxlanılıb.
Kosovonun baş naziri Albin Kurti maskalı silahlı şəxslərin fotoşəkillərini dərc edərək, onların Serbiya hakimiyyətinin dəstəyi ilə polisə hücum etdiyini iddia edib.