Vuçiç Serbiya Tərəqqi Partiyasının rəhbəri postunu tərk etməyə hazır olduğunu açıqlayıb

Vuçiç Serbiya Tərəqqi Partiyasının rəhbəri postunu tərk etməyə hazır olduğunu açıqlayıb
# 23 yanvar 2023 06:05 (UTC +04:00)

Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya Tərəqqi Partiyasının (SPP) rəhbərliyi ilə görüşdə siyasi qüvvənin lideri postunu tərk etməyə hazır olduğunu bildirib.

APA-nın xəbərinə görə, bu barədə partiyanın icraiyyə komitəsinin rəhbəri Darko Qlisiç “Pink” kanalına bildirib.

“Prezident Vuçiç istefa qərarına sadiq qalarsa, düşünürəm ki, bu, SPP-nin sonu, SPP-nin Serbiya siyasi səhnəsindəki karyerasının sonu və bundan sonra düşünmək belə istəmədiyim ən pis ssenaridir”, - Qlisiç bildirib.

Vuçiçin partiya lideri postundan istefa verməsi onun dövlət başçısı kimi səlahiyyətlərinin də dayandırılması anlamına gəlmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR