Xarkov vilayətində Rusiyanın Ka-52 helikopteri vurulub

Xarkov vilayətində Rusiyanın Ka-52 helikopteri vurulub
# 26 aprel 2022 19:27 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri Xarkovda Rusiyanın daha bir Ka-52 "Alliqator" helikopterini vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında bildirilib.

“Rusiyaya məxsus daha bir Ka-52 helikopteri Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumu Qoşunlarının əsgərləri tərəfindən məhv edilib”, - məlumatda qeyd olunub.

Helikopterin necə və konkret olaraq harada vurulması ilə bağlı təfərrüat açıqlanmayıb. 16 milyon dollar dəyərindəki helikopterin lazerlə idarə olunan raketlər, tank əleyhinə raket sistemi, aviasiya bombaları və digər silahlar daşımaq imkanı olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR