Rusiya ordusunun Xarkova yaşayış binasına atdığı raket nəticəsində bir nəfər ölüb.
APA xəbər verir k, bu barədə şəhərin meri İqor Terexov bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.
***
Saat 02:06
Rusiya ordusunun Xarkova atdığı raketlərdən biri yaşayış binasına düşüb.
APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Zərərçəkən və dəymiş ziyanla bağlı məlumat verilməyib.
***
Saat 01:32
Ukraynanın şərq və cənub vilayətlərində hava hücumundan həyəcan siqnalı verilib.
APA xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Xarkov vilayətinin qubernatoru bildirib ki, şəhərdə güclü partlayışlar baş verir.