“Hizbullah” terrorçu təşkilatların siyahısına salınıb

“Hizbullah” terrorçu təşkilatların siyahısına salınıb
# 22 iyul 2013 18:47 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Avropa Birliyi “Hizbullah” qruplaşmanın silahlanmış qanadını terrorçu təşkilatların siyahısına daxil edib. APA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, bu qərar Brüsseldə keçirilən AB xarici işlər nazirləri iclasında qəbul edilib.

Xarici işlər nazirləri bu qruplaşma tərəfindən 2012-ci ilin iyulun 18-də Bolqarıstanın Burqas şəhərində törətdiyi terror aktını və “Hizbullah” yaraqlılarının Suriyada münaqişədə iştirak etməsini nəzərə alaraq, qruplaşmanı öz “qara siyahıları”na daxil etməyə qərar veriblər.

Bu təşəbbüslə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton çıxış edib, lakin o, qruplaşmanın siyasi qanadı ilə danışıqların davam etdirilməsi mümkünlüyünü də istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR