Avropa Məhkəməsi Ukraynanı 27 milyon avro məbləğində cərimələyib

Avropa Məhkəməsi Ukraynanı 27 milyon avro məbləğində cərimələyib
# 26 iyul 2013 10:54 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Avropa İnsan Haqları Məhkəməsi Ukraynanı 27 milyon avro məbləğində cərimələyib. APA-nın “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, qərar milli məhkəmələrin “Aqrokompleks” şirkətinə qarşı qərəzli qərarlar qəbul etməsi barədə irəli sürülən iddialar əsasında qəbul olunub.

Məlumata əsasən, ötən əsrin 90-cı illərinin əvvəlində “Aqrokompleks” şirkəti o vaxt dövlət tərəfindən idarə olunan “Lisiçan” Neft Emalı Zavoduna 375 min ton xam neft göndərib, lakin emaldan sonra hazır malın cüzi miqdarını alıb. Sonradan Neft, qaz və neft emalı sənayesi Dövlət Departamentində zavodun öz öhdəliklərini yerinə yetirməməsi etiraf olunub. Bununla bağlı bir neçə məhkəmə instansiyası neft emalı zavodunun “Aqrokompleks” şirkətinə 19.5 milyon avro borclu olması barədə qərar qəbul ediblər, amma dövlət tərəfindən yaranan komissiya bu borcu 8 milyon avroyadək endirib. AİHM-nin qərarında deyilir ki, borcun azalması o vaxt ölkənin prezidenti Leonid Kuçmanın məhkəmə işinə qarışmasından sonra baş tutub.

Qeyd edək ki, bu, Ukraynanın tarixində AİHM tərəfindən qəbul olunan qərarla bağlı ödəniləcək ən iri cərimədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR