Egemen Bağış: “Türkiyə 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatından biri olacaq”

Egemen Bağış: “Türkiyə 2023-cü ildə dünyanın ən böyük 10 iqtisadiyyatından biri olacaq”
# 20 iyul 2013 11:17 (UTC +04:00)

APA-nın “İHA” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İstanbulun bələdiyyələrdən birində düzənlənən iftarda iştirak edən nazir əvvəlcə Suriyada, Misirdə Ramazan bayramını istədiyi kimi qeyd edə bilməyən müsəlmanları yada salıb: “Onlara dualarınızı əksik etməyin. Türkiyə böyüdükcə məzlumların səsi, zalımların kabusu olur. 2023-cü ildə Türkiyə ən böyük 10 iqtisadiyyatdan biri, 2053-cü ildə İstanbul dünyanın ən gözəl şəhəri olacaq. 2071-ci ildə isə Türkiyə çox fərqli bir nöqtəsinə çatacaq. Avropada işsizliyin səviyyəsi 15% təşkil edirsə, Türkiyədə bu göstərici 8% təşkil edir. Biz böyük bir millətik, bu yolu birlikdə qət edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR