Ərdoğan: «Biz ABŞ-ın sanksiyalarına tabe ola bilmərik»

Ərdoğan: «Biz ABŞ-ın sanksiyalarına tabe ola bilmərik»
# 04 dekabr 2012 01:43 (UTC +04:00)

Bakı-APA. Türkiyə hökuməti ABŞ-ın sanksiyalarına baxmayaraq İrandan qaz almağa davam edir. APA-nın «İnterfaks»a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

«Biz həmişə amerikalılara deyirik ki, bu məsələ bizim üçün strateji əhəmiyyətə malikdir və biz sanksiyalara tabe ola bilmərik», deyə Ərdoğan bəyan edib.

Ötən həftə ABŞ Senatı İrana qarşı əlavə sanksiyaların tətbiq olunması barədə qərarı təsdiqləyib.

Sanksiylar həmçinin İranın enerji resurslarının əvəzində Türkiyənin qızıl ilə hesablaşmasının qarşısını almağa yönəlib.

Sanksiyaların qüvvəyə minməsi üçün onları Senat, Nümayəndələr palatası və prezident Barak Obama təsdiqləməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR