Ərdoğanın iştirakı ilə Suriya ilə bağlı Türkiyənin atacağı addımlar müzakirə olunub

Ərdoğanın iştirakı ilə Suriya ilə bağlı Türkiyənin atacağı addımlar müzakirə olunub
# 25 iyul 2013 09:07 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Ötən gün Ankarada – Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə keçirilən Suriya Zirvəsində Suriyada baş verən hadisələr və Türkiyənin atacağı addımlar müzakirə olunub. APA-nın Türkiyənin «Milliyət» qəzetinə istinadən verdiyi məlumata görə, xarici işlər naziri Əhməd Davudoğlunun, nazirlərin, Türkiyənin xüsusi xidmət orqanı MİT rəhbərinin, Silahlı Qüvvələr Baş Qərargah rəisi və ordu rəhbərliyinin də iştirakı ilə keçirilən toplantıda PKK-ya yaxınlığı ilə tanınan PYD təşkilatı ilə Əl-Nüsra cəbhəsi arasında Suriyanın şimalında davam edən döyüşlər və bu səbəbdən Türkiyə sərhədində yaşanan gərginlik, bölgədə muxtar kürd idarəsinin qurulması ehtimalları barədə də müzakirələr aparılıb.

Ümumilikdə 3 saat davam edən toplantıda hərbi tədbirlər də daxil olmaqla bütün addımlar dəyərləndirilib. İclasda Suriya sərhədindəki ordu bölmələrinin durumu barədə məlumat dinlənilib, sərhəd boyu ərazilərdə sərhəd pozuntuları ilə mübarizə tədbirləri barədə brifinq verilib.

Qəzetə danışan mənbə toplantıda tampon bölgə və uçuşa bağlı bölgə məsələlərinin də müzakirə olunduğunu bildirib. İclasda həmçinin TBMM-də Türkiyə hökumətinə Suriyaya əsgər göndərmə izni verən qərarın müddətinin daha bir il uzadılması da gündəmdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR