Ermənistan mətbuatı: “Qraçya Arutyunyanın məhkəməyə qadın paltarında gətirilməsi ermənilərin dünya səviyyəsində alçaldılmasıdır”

Ermənistan mətbuatı: “Qraçya Arutyunyanın məhkəməyə qadın paltarında gətirilməsi ermənilərin dünya səviyyəsində alçaldılmasıdır”
# 16 iyul 2013 14:02 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Rusiyada 18 nəfərin ölümünə səbəb olan erməni sürücü Qraçya Arutyunyanın məhkəməsi başlayıb. O məhkəmə zalına qadın paltarında gətirilib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Qraçya Artunyan Tver məhkəməsinə istintaqın tələbi ilə üzü tüklü və güllü qadın xələtində gətirilib.


Yayılan video görüntülərdə yük maşınının sürücüsünün hələ də şok vəziyyətində olduğu görünür.

Ötən məhkəmə prosesində “KamAZ” sürücüsü Qraçya Arutyunyana qarşı “Ehtiyatsızlıqdan iki və daha artıq adamın ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulması” maddəsi üzrə ittiham irəli sürülüb. Ermənistan vətəndaşı isə özünü bu qəzada günahkar hesab etmədiyini bildirərək sərbəst buraxılmasını xahiş edib.

Qeyd edək ki, Ermənistanda bu ölkənin vətəndaşı ilə belə rəftar ciddi narazılığa səbəb olub. Ermənistanda Rusiya səfirliyinin qarşısında bu məsələyə etiraz olaraq aksiya keçirilməsi planlaşdırılır. Erməni mətbuatı dəhşətli cinayət törətmiş sürücünün bu cür alçaldılmasını erməni millətinin beynəlxalq səviyyədə alçaldılması kimi dəyərləndirir.

Xatırladaq ki, dəhşətli yol qəzası iyulun 13-də baş verib. Çınqıl yüklənmiş “KamAZ” maşını sərnişinlə dolu avtobusla toqquşub. Qəza nəticəsində 18 nəfər, o cümlədən iki azyaşlı uşaq ölüb, daha 30 nəfər xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR