Gürcüstan DİN: Keçmiş baş nazir Vano Merabişvili istintaqa yalan ifadə verib

Gürcüstan DİN: Keçmiş baş nazir Vano Merabişvili istintaqa yalan ifadə verib
# 03 dekabr 2012 12:22 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Gürcüstan Daxil İşlər Nazirliyi keçmiş baz nazir Vano Merabişvilinin istintaqa yalan ifadə verdiyini açıqlayıb. APA-nın “Exo Kavkaza” saytına istinadən yaydığı xəbərə görə, açıqlamada bildirilir ki, V. Merabişvili istintaqı çaşdırmaq məqsədilə bilərəkdən yalan məlumatlar verib. Bunun təsdiqi kimi nazirlik V. Merabişvilinin, prezident administrasiyanın protokol xidməti rəisinin, bu xidmətin işçisinin və sərhədçinin istintaqa ifadələrinin bir qismini və V. Merabişvilinin hava limanında sərhədçiyə təqdim etdiyi pasportun surətini ictimaiyyətə nümayiş etdirib. Nazirlik qeyd edib ki, keçmiş baş-nazirin sorğu-sual zamanı dedikləri digər şahidlərin ifadələri və müəyyən olunmuş faktlarla üst üstə düşmür.

Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi sabiq baş nazir Vano Merabişvili tərəfindən saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə təhqiqata başlandığını açıqlayıb. Nazirliyin bəyanatında deyilir ki, noyabrın 30-da keçmiş baş nazir İvane (Vano) Merabişvili Ermənistana uçmaq üçün dövlət nümayəndə heyətinin tərkibində hava limanına gəlib: “Pasport yoxlamasından keçərkən prezidentin protokol xidmətinin əməkdaşı Merabişvilinin pasportunu sərhədçilərə təqdim edib. Sərhədçi müəyyən edib ki, pasportda Merabişvilinin fotosu olsa da, sənəd Levan Maisuradze adlı şəxsin adına verilib. Bununla əlaqədar Tiflis Patrul Polisi Baş İdarəsinin istintaq xidməti tərəfindən saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə təhqiqata başlanıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR