Gürcüstan paytaxtında Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi müzakirə edilib

Gürcüstan paytaxtında Avropa Birliyi ilə viza rejiminin sadələşdirilməsi müzakirə edilib
# 22 noyabr 2012 15:35 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı iştirakçıları ilə AB arasında viza rejiminin sadələşdirilməsi məsələsi müzakirə olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, AB-nin Gürcüstandakı səfiri Filip Dmitrov çıxış edərək məsələ barədə fikirlərini bildirib.

Tədbirdə iştirakçı ölkələrdən gələn ekspertlər və QHT rəhbərləri arasında fikir mübadiləsi aparılıb. Ukrayna və Moldovaya viza rejiminin sadələşdirilməsi barədə hərəkət planının təqdim olunduğu bildirilib. Müzakirədə bu hərəkət planının monitorinqinin effektiv metodlarından söhbət açılıb, qeyd edilib ki, dekabr ayının əvvəlində viza rejiminin liberallaşdırılması haqqında hərəkət planı Gürcüstan hökumətinə də veriləcək. Tədbirdə AB ilə vizasız rejimin tətbiq olunmasında bu sənədin əhəmiyyətli addım olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR