Gürcüstanda əfv olunan məhbuslar arasında çoxlu azərbaycanlı var

Gürcüstanda əfv olunan məhbuslar arasında çoxlu azərbaycanlı var
# 23 noyabr 2012 03:21 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. "Bu gün Gürcüstanda “Giorqoba” (“Giorgi Günü”) bayramıdır. Gürcüstan prezidenti bu əlamətdar gün münasibəti ilə 519 nəfər məhbusu əfv edib". Bu sözləri APA-nın Gürcüstan bürosuna prezident yanında “Əfv” komissiyasının sədri Yelena Tevdoradze deyib.

Onun sözlərinə görə, 519 məhbusdan 50 nəfərinin cəza müddəti yarıya azaldılıb. “Əfv olunanlar arasında çoxlu azərbaycanlı var. Amma onların sayı dəqiq yadımda deyil. Qeyd edim ki, biz narkotikdən istifadə edən azərbaycanlıları da azad etmişik, bu gündən onlar evlərinə buraxılıblar. Bir də rüşvət alan, sərhədi qanunsuz keçən və cəza alan azərbaycanlıları da əfv siyahısına daxil edərək, onları da bağışlamışıq.”

Y. Tevdoradzenin sözlərinə görə, əfv olunanlar arasında 43 nəfər qadın var. “Onlardan 9 nəfərinin cəzası yarıya azaldılıb. Komissiya 1400 məhbusun ərizəsinə baxıb. Bu dəfə qəbul olunan ərizələrin içərisində yeniyetmələrin ərizəsi olmayıb. Biz növbəti komissiyanın yığıncağını 2013-cü ildə keçirməyi nəzərdə tutmuşuq. Yenə də bir çox məhbusu əfv edəcəyik.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR