Gürcüstanın səhiyyə və sosial müdafiə naziri azərbaycanlıların kompakt yaşadığı bölgələrə səfər edəcək

Gürcüstanın səhiyyə və sosial müdafiə naziri azərbaycanlıların kompakt yaşadığı bölgələrə səfər edəcək
# 22 noyabr 2012 22:41 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. “Mən mütləq Gürcüstanda milli etnik sayılan azərbaycanlıların kompakt yaşadığı bölgələrə səfər edəcəyəm.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan səhiyyə və sosial müdafiə naziri David Sergenko jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hələlik səhiyyədə problemlər çoxdur. “Bizim vəzifəmiz yalnız tibbi sığorta vermək deyil, eyni zamanda bölgələrdə olub, əhali ilə görüşmək və onların problemlərini öyrənib yardım etməkdir. Qeyd edim ki, hər bir Gürcüstan vətəndaşına yarım saat səhiyyənin müasir tibbi avadanlıqlardan istifadə etməklə müayinə olunmalıdır. Biz bölgələrdə olaraq, kəndlərdə fəaliyyət göstərməyən ambulatoriyaları və kənd tibb məntəqələrini qeydiyyata alıb gələcək fəaliyyət planlarımıza daxil edəcəyik. Mən bir nazir kimi aşkar etdiyimiz problemlərin həllinə çalışacağam”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR