İspaniya Kralı dəmir yolu qəzasında xəsarət alanları ziyarət edib

İspaniya Kralı dəmir yolu qəzasında xəsarət alanları ziyarət edib
# 26 iyul 2013 09:18 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İspaniya Kralı Xuan Karlos və Kralıça Sofiya ölkədə dünən baş vermiş dəmir yolu qəzası nəticəsində xəsarət alan şəxsləri xəstəxanada ziyarət ediblər.

APA-nın “El Payis” qəzetinə istinadən yaydığı məlumata görə, Kral həm də həlak olanların ailələrinə başsağlığı verib: “Bütün İspaniya sizin ağrınızı bölüşür. Ümid edirik ki, xəsarət alanlar tezliklə sağalacaq”.

Xatırladaq ki İspaniyanın Qalisiya şəhərində qəzaya uğrayan qatarın 218 sərnişinindən 80 nəfəri həlak olub, 170 nəfər isə ağır bədən xəsarətləri alıb.

Məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR