İspaniyada milyonlarla insan hökumətin iqtisadi siyasətinə etirazını bildirib

İspaniyada milyonlarla insan hökumətin iqtisadi siyasətinə etirazını bildirib
# 14 noyabr 2012 23:45 (UTC +04:00)

Bakı-APA. İspaniyada hökumətin iqtisadi siyasətinin əleyhinə ümummilli tətil çoxminlik etiraz nümayişləri ilə başa çatıb. Nümayişlər ölkənin bütün iri şəhərlərində keçirilib.

Ən iri nümayişlər Madrid və Barselona şəhərlərində keçirilib. Aksiyalarda yarım milyona yaxın insan iştirak edib. Ümumilikdə isə tətildə 9 milyon ispanın iştirak etdiyi bildirilir.

İspaniya ümummilli zəhmətkeşlər ittifaqının baş katibi Kandido Mendes hazırkı tətilin hökumətə iqtisadi siyasəti dəyişməyin vacib olduğunu başa salıb. Mendes hökuməti təhsil, səhiyyə və sosial sferaya ayrılan xərcləri əsassızcasına azaltmağa son qoymağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR