İspaniyada minlərlə polis əməkdaşı etiraz aksiyası keçirib

İspaniyada minlərlə polis əməkdaşı etiraz aksiyası keçirib
# 17 noyabr 2012 18:51 (UTC +04:00)

Bakı-APA. İspaniyada 8 min polis əməkdaşı əmək haqlarının 5% ixtisar edilməsinə və Milad bayramı ilə əlaqədar maaşlara əlavələrin ləğv olunmasına qarşı etiraz aksiyası keçirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Madriddə keçirilən aksiyada paytaxt polisi ilə yanaşı İspaniyanın digər bölgələrindən gələn polis və milli qvardiya əməkdaşları iştirak edib. Polislərin yürüşü İspaniya Daxili İşlər Nazirliyinin qarşısında bitib. İspaniya Birləşmiş Həmkarlar İttifaqının başçısı Manuel Sançes bildirib ki, öz yaşadığı yerdən uzaqda işləyən polis əməkdaşı aldığı 1300 avroya özü və ailəsini bir ay dolandırmalıdır. Bundan 5% ixtisar oluna bilməz”.

Sonuncu dəfə İspaniyada polisi 2009 ildə etiraz aksiyası keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR