İspaniyada qatar qəzası nəticəsində ölənlərin sayı 35-ə çatıb - FOTOSESSİYA

İspaniyada qatar qəzası nəticəsində ölənlərin sayı 35-ə çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 24 iyul 2013 23:35 (UTC +04:00)

Bakı-APA. İspaniyanın şimal-qərbində baş verən qatar qəzası nəticəsində ölənlərin sayı 35-ə çatıb. “Frans Press”in rəsmi məlumatlara istinadən yaydığı xəbərə görə, daha 200 nəfər xəsarət alıb.

Qəza Santyaqo-de-Kompostela şəhəri ərazisində baş verib. Yerli KİV-in məlumatına görə, qatar sərt döngəni dönə bilməyib. Yerli sakinlər isə qəzadan əvvəl partlayış səsi eşitdiklərini deyib.

Bütün vaqonlar reysdən çıxıb, sonuncu vaqon isə tamamilə dağılıb. Qatarda 240-a yaxın sərnişin olub. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyirlər. Ərazidə qatarların hərəkəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR