İspaniyada qatar qəzası nəticəsində ölənlərin sayı 80-ə çatıb

İspaniyada qatar qəzası nəticəsində ölənlərin sayı 80-ə çatıb
# 25 iyul 2013 19:37 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İspaniyanın El Mundo qəzeti məlumat yayıb. Bundan əvvəl qəza nəticəsində 78 nəfərin öldüyü, 178 sərnişinin isə yaralandığı barədə xəbər verilmişdi.

Qəza ötən gün axşam saatlarında Santyaqo-de-Kompostela şəhəri ərazisində baş verib.

Bütün vaqonlar relsdən çıxıb, sonuncu vaqon isə tamamilə dağılıb. Qatarda 240-a yaxın sərnişin olub.

İlkin versiyaya görə, qatarın sərt döngədə relsdən çıxaraq aşmasına səbəb yüksək sürət olub.

Qeyd edək ki, dəmir yolunun bu sahəsində sürət məhdudiyyəti saatda 80 km olduğu halda qatar saatda 190 km sürətlə hərəkət edib. Qatarın maşinisti barəsində istintaq tədbirləri başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR