İspaniyada siyasi qalmaqal yaranıb

İspaniyada siyasi qalmaqal yaranıb
# 19 iyul 2013 10:22 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. İspaniyada etirazçılar baş nazir Mariano Raxoyun istefasını tələb edir. Cümə gecəsi polis və etirazçılar arasında toqquşmalar meydana gəlib. APA-nın “Euronews”a istinadən yaydığı xəbərə görə, minlərlə etirazçı Madridin mərkəzində, Xalq Partiyasının mənzil-qərargahının yaxınlığında bir neçə küçəni bağlayaraq M. Raxoyun tələb ediblər. Baş nazirin maliyyə qalmaqalına qarışdığı bəli olub.

Nümayişçiləri dağıtmaq məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşları rezin dəyənəklərdən istifadə ediblər.

Eyni tələblə minlərlə insan Barselona şəhərində də küçələrə tökülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR