İtaliya XİN başçısı Qazaxıstan səfirinin «faydalı» olmadığını bildirib

İtaliya XİN başçısı Qazaxıstan səfirinin «faydalı» olmadığını bildirib
# 23 iyul 2013 03:43 (UTC +04:00)

Bakı-APA. İtaliya XİN başçısı Emma Bonino qalmaqallı «Şalabayevanın işi» ilə bağlı Qazaxıstanın İtaliyadakı səfirini bu ölkədə mövcudluğunun artıq faydalı olmayacağını bəyan edib.

Söhbət Qazaxıstanda axtarışda olan BTA Bankın direktorlar şurasının keçmiş rəhbəri Muxtar Ablyazovun həyat yoldaşı Alma Şalabayeva və 6 yaşlı qızının İtaliyadan mayın 31-də deportasiya edilməsindən gedir.

Deportasiya əvvəl Qazaxıstanın Romadakı səfiri Andrian Yelemesovun İtaliya daxili işlər nazirinin aparat rəhbəri Cüzeppe Prokaççini ilə söhbətindən sonra həyata keçirilib. Polisin keçirdiyi gecə əməliyyatı zamanı Ablyazov göstərilən ünvanla tapılmasa da, onun həyat yoldaşı və qızı orda tapılaraq ölkədən çıxarılıblar. Bu hadisə İtaliyada böyük qalmaqala səbəb olub və Prokaççinin istefası ilə nəticələnib.

«Heç bir şübhə yoxdur ki, bütün bu hadisələrdən sonra məzuniyyətə getmiş Qazaxıstanın hazırkı səfiri artıq faydalı olmayacaq….Məncə, onu heç kim qəbul etməyəcək», deyə Bonino bildirib.

Bonino bu hadisədə kifayət qədər qaranlıq məqamların olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR