İtaliyada baş verən gəmi qəzasının günahkarlarına hökm oxunub

İtaliyada baş verən gəmi qəzasının günahkarlarına hökm oxunub
# 20 iyul 2013 16:28 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. 2012-ci ilin yanvarında İtaliyanın Cilyo adası yaxınlığında “Costa Concordia” adlı kruiz gəminin qəzaya uğramasında təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən hökm oxunub.

APA-nın “RİA-Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Qrosetto şəhər məhkəmənin qərarı ilə gəminin sahibi olan “Costa Crociere” şirkətin böhran mərkəzinin koordinatoru Roberto Ferrarini 2 il 10 ay, bort restoranın direktoru Manriko Camperdoni 2,5 il, komandirin baş köməkçisi Çiro Ambrozio, gəminin zabiti Silviya Koronika və sükançı Yakob Ruslin Bin 1,5 il müddətinə azadlıqdan məhrum edilib. Qəzaya uğramış gəminin kapitanı Françesko Skettino isə ayrıca mühakimə edilir. Kapitanın ömürlük həbs cəzası alacağı gözlənilir.

Qeyd edək ki, göyərtəsində 4200 nəfər olan gəmi 2012-ci ilin yanvarın 14-də qəzaya uğrayıb. Nəticədə 32 nəfər həlak olub, 2 nəfər isə hələ də itkin sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR