APA-nın məlumatına görə, körpə Londonun Müqəddəs Məryəm xəstəxanasında dünyaya göz açıb. Valideynlər oğlana hələ ad qoymayıblar. Uşağın dünyaya gəlməsindən ilk olaraq kraliça İkinci Yelizaveta və Britaniya hökumətin üzvləri xəbər tutub. Keyt Midlton və övladı özləri yaxşı hiss edirlər. Yeni doğulan körpə şahzadə Çarlz və atası Uilyamdan sonra Britaniya taxt-tacına sahib çıxa biləcək üçüncü namizəddir.