Lətif Hüseynov Gürcüstanda bir sıra görüşlər keçirib

Lətif Hüseynov Gürcüstanda bir sıra görüşlər keçirib
# 20 noyabr 2012 14:52 (UTC +04:00)

Bakı-APA. İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 19-20-də Tiflisdə Gürcüstanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib. Baş prokuror Arçil Kbilaşvili, ədliyyə naziri Tea Sulukiani, Cəzaların icrası, probasiya və hüquqi yardım işləri naziri Sozar Subari ilə keçirilən görüşlərdə Gürcüstanın penitensiar müəssisələrində mövcud vəziyyət, işgəncə və pis rəftarın qarşısının alınması məsələləri aparılan danışıqların əsas müzakirə mövzusu olub.

Bu barədə APA-ya məlumat verən Lətif Hüseynov görüşlərin səmimi və konstruktiv şəraitdə keçdiyini bildirib. Görüşlərdə Gürcüstanın hakimiyyət orqanları ilə Komitə arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Xatırladaq ki, Lətif Hüseynov hazırda 44 üzvü olan İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri vəzifəsinə keçən ilin martında seçilib. Komitə Avropa Şurasının ən mühüm qurumlarından biridir və işgəncə ilə mübarizə sahəsində dünyanın ən nüfuzlu beynəlxalq təsisatları sırasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR