Monqolustanın xarici işlər naziri: “ATƏT-ə üzvlük ölkəmizin yürütdüyü çoxistiqamətli xarici siyasət sayəsində mümkün oldu”

Monqolustanın xarici işlər naziri: “ATƏT-ə üzvlük ölkəmizin yürütdüyü çoxistiqamətli xarici siyasət sayəsində mümkün oldu”
# 07 dekabr 2012 12:16 (UTC +04:00)

Dublin. Viktoriya Dementyeva-APA. “ATƏT-ə üzvlük ölkəmizin yürütdüyü çoxistiqamətli xarici siyasət sayəsində mümkün oldu”. APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu fikirləri Monqolustanın xarici işlər naziri Bold Luvsanvandan ATƏT XİN Şurasının 19-cu sessiyasında çıxışı zamanı deyib.

“Biz Monqolustanın ATƏT-ə üzv qəbul olunmasını demokratiya istiqamətində uğurlarımızın tanınması kimi dəyərləndiririk”. Nazir ATƏT təmsilçilərini gələn il ölkədə keçiriləcək seçkiləri müşahidə etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR